Məhsul kodu: 12248
NLP-Neyro linqvistik Proqramlaşdırma 70-ci illərin ən böyük kəşfidir. NLP-nin sirli hərflərinin altında psixoloji ustalıq, peşəkar ünsiyyət və effektiv idarəetmə dünyasının qapısı var. Müasir praktik psixologiyanın ən təsirli sahələrindən biri olan Neyrolinqvistik proqramlaşdırma (NLP) sizin xidmətinizdədir.
Psixoloji cəhətdən sağlam olmaq, hüzurlu həyat sürmək, ayaq üstə möhkəm dayanmaq təkcə layiqli və mükəmməl məqsəd deyil, daha da irəli getmək istəyən hər kəs üçün vacib şərtdir. Artıq milyonlarla insan NLP-nin sadə prinsip və üsullarından istifadə etmiş və onların köməyi ilə başqaları ilə münasibətləri yaxşılaşdırmış, özünə inamını artırmış, həyatlarının müxtəlif sahələrində uğur qazanmışdır.
NLP texnikaları siyasətdə, təhsildə, idarəetmədə, biznesdə, idmanda və digər fəaliyyət sahələrində uğurla istifadə olunur. Hər bir insan NLP-ni mənimsəyə bilər və onun qalıcı nəticələrindən faydalana bilər.