Məhsul kodu: 11989
Arximedin adı hamıya məlumdur. Lakin onun haqqında bildiklərimizi yada salsaq, görərik ki, məlumatımız çox azdır. Deyilənə görə, Arximed qanununu alim çimərkən kəşf etmiş və bu qəribə adam “Evrika!” deyə qışqıraraq sevincindən geyinməyi unudub küçəyə yüyürmüşdü...
Əslində, Arximed heç də həyatdan uzaq bir nəzəriyyəçi deyildi. O, ikinci Pun müharibəsi dövründə romalıların mühasirəyə aldığı məşhur Sirakuzun müdafiəsinin rəhbərlərindən biri olmuşdur. Arximed görkəmli ixtiraçı, misilsiz istehkamçı, məşhur astronom kimi şöhrətlənmişdir.
Bu kitabda qədim dünyanın böyük alimi və mühəndisi, onun əsərləri, iştirak etdiyi və şahidi olduğu coşğun hadisələr haqqında danışılır.