Məhsul kodu: 11998
Kitabda XIII əsrin əvvəllərində Naxçıvan hakimi olmuş Məlikə Cəlaliyyənin həyatı fonunda dövrün keşməkeşli hadisələri canlandırılır. Atabəylər dövlətinin ikinci hökmdarı Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Cəlaliyyənin vətəni, torpağı qorumaq yolunda nələrdən keçdiyi diqqətə çatdırılır. Əsərdə real tarixi şəxsiyyətlərin – Xarəzmşah Cəlaləddinin, Qızıl Arslanın, Nizami Gəncəvinin və başqalarının bədii-psixoloji obrazı uğurla işlənmişdir. Kitab geniş oxucu kütləsi, xüsusən gənc oxucular üçün nəzərdə tutulmuşdur.