Məhsul kodu: 12000
Topluda böyük mütəfəkkir Əli bəy Hüseynzadənin müxtəlif mətbuat orqanlarında, xüsusən “Həyat” qəzetində və “Füyuzat” məcmuəsində dərc olunmuş seçmə məqalələri yer alır. “Füyuzat” redaksiyası tərəfindən transliterasiya edilən bu məqalələrdə Əli bəy dil, tarix, mədəniyyət kimi millətin təməl dəyərlərinə öz yanaşmasını ortaya qoyur. O, xüsusən Turan dünyası ilə bağlı fikirlərində elə unikal mövqe sərgiləyir ki, nəinki öz dövründə, müasir zamanda belə ideyalarının nə dərəcədə keçərli olduğu görünür.