Məhsul kodu: 12001
Rəssam... mən çox danışanam,
Sən susduğum yerləri çək.
Barışanda mən çəkirəm,
Sən küsdüyüm yerləri çək.
Çək gözümün qarasını.
Ağrısını, yarasını.
Mən ömrümün hamısını...
Sən kəsdiyim yerləri çək.
Söz yazıram vərəq yoxdur.
Yaşayıram ürək yoxdur.
Yalanlara gərək yoxdur.
And içdiyim yerləri çək.