Məhsul kodu: 12017
Kainatda yalnız bir şey üzərində tam nəzarət etmək hüququnuz var – düşüncələriniz. Hər hansı bir vəziyyətdə nə düşünəcəyinizə yalnız özünüz qərar verə bilərsiz. Düşüncələriniz və duyğularınız sizin davranışlarınızı müəyyən edir və bu da əldə etdiyiniz nəticələrə təsir edir. Hər şey sizin düşüncələrinizdən başlayır. Ruhlandırıcı sözlər sizin fikirlərinizin tez bir zamanda dəyişməsinə, enerjinizin qalxmasına və əhvalınızın yaxşılaşmasına səbəb ola bilər.
Kitabda dahi mütəfəkkirlərin, filosofların, ictimai xadimlərin, yazıçı və rəssamların həyatı və söz xəzinələrindən seçilmiş aforizmləri təqdim olunub.