Məhsul kodu: 12052
Azərbaycan mədəniyyətinin incilərindən sayılan Yusif Həmədaninin “Rütbətül-həyat” əsəri bir neçə xarici dildə nəşr olunsa da, indiyə kimi doğma dilimizdə çap olunmayıb. Əsər təsəvvüfə və sufizm fəlsəfəsinə aid olub, çox qiymətli məsələləri özündə ehtiva edir.
Əsərin müəllifi Xacə Yusif Həmədani ömrünü Mərv və Heratda mürid yetişdirməklə, irşad ilə keçirib. “Rütbətül-həyat”, “Kəşf ”, “Risalə dər ədəbi-təriqət”, “Risalə fi ənnəl-qövnə musahharun lil-insan”, “Risalə dər əxlaq vəl-munacat” adlı əsərlərin müəllifidir. O, zəmanəsinin məşhurlarından olub, arif, alim, ədib və mahir qələm sahibi kimi İslam bölgəsi fəlsəfəsinin daha da zənginləşməsinə xidmət edib. O, Nəqşibəndiyyə təriqətinin və Orta Asiya ilə Anadolu təsəvvüfünün təməlini qoyanlardan hesab olunur. Əsərləri tarixin səhifələrindən düşməyən bir şəxsiyyətdir.