Məhsul kodu: 12054
Fransız tarixçisi Etyen Peyrat “XX əsr Qafqaz tarixi” əsərində XIX əsrin sonlarından başlayaraq çoxsaylı transsərhəd dinamikasını yaşamış, siyasi və mədəni cəhətdən parçalanmış Qafqazın portretini çəkir. Beynəlxalq münasibətlərin fonunda Qafqaz regionunun tarixini incələyir, bir çox kitablara istinad edərək müasir Qafqaz dövlətlərinin təşəkkül tarixi, eləcə də regiondakı münaqişələrin səbəbləri haqqında fikirlərini bölüşür.