Məhsul kodu: 12078
Türk inanc sisteminin mərkəzində həyata bağlılıq dayanır. Din dərəcəsində həyata bağlılıq türklərin inanc sistemini formalaşdıran başlıca amildir. Amma türklərin həyat anlayışı dünyəvi deyildir. İnancla yoğrulmuş həyat anlayışına sahib türklər üçün hər canlı varlıq iyerofaniyaya (müqəddəs gücün təcəllisinə) tabedir. İnancı dünyəviləşdirdiyi qədər, dünyanı da inanclaşdıran türklər hər şeyin fövqündə dayanan mütləq gücə inanıblar. Bu güc tək, məhdudiyyətsiz, vasitəsiz, əbədi və sonsuzdur. “İnanc yaddaşı” kitabı türklərin inanc anlayışının tarix nöqtəyi nəzərindən morfoloji təsviridir.
ISBN: 978-9952-8528-1-3