Məhsul kodu: 12110
Basim korluğu ucbatından adi məktəbə gedə bilmirdi. Odur ki on üç yaşında Beyrutda yerləşən Gözdən Əlillər İnstitutuna getmək üçün kəndini tərk edir. Orada o, Brayl əlifbasını öyrənir və özündə bilmədiyi istedadları kəşf edir. Basim oxumaq və yazmaq bacarığını inkişaf etdirmək üçün hər gün səylə çalışır.
Müsəlman olan Basim institutda xristian Corc ilə dostlaşır. Basimin fərdi inkişafında və dəyərlərin formalaşmasında ailə dəstəyi, dostluq və Beyrutun unikal dini və mədəni mühiti də mühüm rol oynayır.
O, təhsil aldığı müddətdə Təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə qatılarır. Yarışda Basimi digər iştirakçılardan fərqləndirən əsas cəhət görmə qabiliyyətinin olmaması idi. Lakin bu fiziki məhdudiyyətinə rəğmən, o, birinci yerə çıxır. Bundan sonra Basim təhsil aldığı instituta işə qəbul edilir.
“Havanın rəngini görən uşaq” əsəri əlilliyi olan insanların az təmsil olunduğu ədəbiyyata mühüm töhfədir. Abdo Vazen öz oxucularına əlilliyi olan insanların həyatları, ailə dəyəri və möhkəm dostluq haqqında hekayəni təqdim edir. Kitabda institut tolerantlığın ölkəyə və ümumilikdə cəmiyyətə gətirə biləcəyi müsbət dəyişiklikləri simvolizə edir.
2012-ci ildə bu əsər uşaq ədəbiyyatı üzrə Şeyx Zayed kitab mükafatının qalibi olur.