Məhsul kodu: 12112
İnsan haqlarına, beynəlxalq qanunlara əsaslanan inklüzivlik sağlam vətəndaş cəmiyyəti qurmağın əsas şərtlərindən biridir. İnkişafını təmin etməkdə olan cəmiyyətin ən vacib göstəricisi isə təhsil olmalıdır. Təhsildə və cəmiyyətdə gedən proseslər bir-birinə təsirsiz ötüşmür. İnklüziv cəmiyyətə gedən yol da təhsildən başlayır. Məhz bu baxımdan inlüzivlik təhsil qanunlarında da əsas prinsip olaraq yer alır. “İnklüziv dəyərlər” kitabında inklüzivliyin əsl mahiyyəti, bu haqda yanlış anlaşılmalar, inklüziyanı zəruri edən böyük tarixi hadisələr, mövcud problemlər və çıxış yolları təqdim edilib. Kitab, əslində, zaman, məkan və məsafələrdən asılı olmayaraq, dünyadakı bütün insanların və hadisələrin qarşılıqlı əlaqəsini və bir-birinə təsir göstərdiyini açıqlayır. “İnklüziv dəyərlər” kitabı elmi nəzəriyyələrə əsasən, insanların həm fərd, həm də cəmiyyət olaraq natamamlıqdan qurtulub bütövləşə biləcəyindən bəhs edir, bu yoldakı prinsip, qanun və dəyərləri praktik nümunələrlə şərh edir.