Məhsul kodu: 12115
Hədəfi əyləndirərək düşündürmək, ən gözəl mənəvi dəyərləri aşılamaq olan “Ləpirçinin macəraları” seriyası 6 kitabdan ibarətdir.
Afrikada doğulub böyümüş cəsur ləpirçi Lano müxtəlif yerlərə səfər edərək qeyri-adi heyvanlarla rastlaşır, digər tayfalarla qarşılaşaraq onların maraqlı adətləri, çətinlikləri ilə tanış olur, bir çox ibrətli hadisələrin içinə düşür.
Bu kitab gənc oxucularımıza paxıllığın, inadkarlığın, yersiz rəqabət hissinin insana necə zərər vurduğunu göstərəcək, bağışlamağı, yanlışa yol verərkən üzr istəməyi, öz işlərinə məsuliyyətlə yanaşmağı, çətinliklə üzləşdikdə ruhdan düşməyib çıxış yolu axtarmağı aşılayacaq.