Məhsul kodu: 12215
“Bir ovuc torpaq” romanında, əsasən, real hadisələr, sevgi və vətənpərvərlik motivləri, cinayətkar aləm təsvir olunub.
Oxucu hadisələrin gedişatını izlədikcə əmin olur ki, cəsarət, igidlik qanla, genlə ötürülən xüsusiyyətlərdir. Doğma yurda bağlılıq, işğal altındakı torpaqlara duyulan acı həsrət əsərdə qırmızı xətt kimi keçir.
Romanın əsas qəhrəmanlarından olan Zaurları hansı tellər birləşdirir? Bəs bir ovuc torpaq yurd yanğısını söndürə bilərmi? Bu kimi maraqlı suallara cavab tapmaq üçün Varisin “Bir ovuc torpaq”ını oxumaq lazımdır.