Məhsul kodu: 12218
Salam Qədirzadənin “Su pərisi Mariana” romanı iki gəncin faciəvi sevgisindən bəhs edir. Meşşan cəmiyyətin diktə etdiyi həyat qanunları bu iki gənci əzir, onların sevgisinə mane olur.
Pulun hər şey demək olduğu bir yerdə duyğular arxa plana keçsə də, sonda sevgi qalib gəlir. Amma hər şey sevgidən ibarət deyil. Həyatın gerçəkləri bəzən hisslərin qarşısında sədd çəkə bilir. Bəs görəsən, Mariana ilə Leandr qovuşa biləcəklərmi? Kitabda Salam Qədirzadənin “Haram pul” hekayəsi də oxuculara təqdim olunur. Hekayədə dürüstlük ön plana çəkilir, başqasının haqqını tapdalamağın ağır nəticələrindən bəhs edilir.