Məhsul kodu: 12233
Kitabda hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsi dönəmində şahidi olduğu və yaşadığı hadisələr, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və savaş sırasında ortaya çıxan çətinliklərin peşəkarlıqla dəf edilməsindən, həmçinin şəxsi heyətin qəhrəmanlıqlarından bəhs olunur. Müəllifin özünəməxsus şəkildə nəql etdiyi hadisələr zəncirinin əhəmiyyətli hissəsi bu günə qədər heç bir yerdə yayımlanmamış, onun özünün adları çəkilən birinci şəxslərdən öyrəndiyi və ictimaiyyətə açıqlanmayan gerçəklərdir.
Səxavət Məmmədin bu kitabı Vətən müharibəsi haqqında yazılmış ilk sənədli romandır.