Məhsul kodu: 12261
Xalq artisti Mustafa Mərdanovun “Xatirələr”ində biz aktyorun öz həyatı və yaradıcılığı ilə yanaşı, dövrün mənzərəsini də görürük. Aktyorların
həmin dövrdə çətinliklə tamaşalarda çıxış etməsi, onlara qoyulan qadağalar, əhalinin cahilliyi geniş şəkildə təsvir olunmuşdur.
Mustafa Mərdanovun “Xatirələr”ində istər Tiflis, istərsə də Bakı teatr truppalarının Ermənistanda, İranda və Türkiyədə qastrolları haqqında geniş məlumat verilir. Bu qastrollara həsr olunuş səhifələr bir çox maraqlı əhvalatlarla zəngindir.