Məhsul kodu: 12285
Sizi Roald Daalın ən gözəl nağıllarından biri ilə tanış etmək istəyirəm. “Dünya çempionu Danni” yazıçının klassik uşaq romanıdır. Kitabı oxuduqca ata ilə oğul
arasındakı səmimi, sevgi dolu münasibətə heyran olacaqsınız. Baş qəhrəman Danni, atasının təkbaşına böyütdüyü ağıllı, mərd və sevgi dolu bir oğlandır. O, çox cəsur uşaqdır. Onun müdrik qərarları oxucunu valeh edir. Nağıl maraqlı və həyəcanlı hadisələrlə doludur. Danni heç bir çempionluq qazanmır, lakin ağılı və mərdliyi ilə əsərin sonunda atasının gözündə və oxucunun qəlbində əsl “dünya çempionu”na çevrilir.