Məhsul kodu: 12402
Əgər sirlərlə dolu tərk edilmiş bir evə təsadüf etsən, nə baş verə bilər? Bəlkə, heç nə olmaz... Amma bəlkə də, bu ev inanılmaz güclər bəxş edər. Bəs bu sirli hadisənin və cəsarətli bank oğurluqlarının arxasında kim dayanır? Bu suallara Eldar, Lili, Adam və Ron cavab tapmalıdır. Onlar bu həyəcanverici macərada təkcə sirləri açmaqla kifayətlənməyəcək, həm də həyatlarını sonsuza qədər dəyişəcək yeni qabiliyyətlərini öyrənəcəklər.