Məhsul kodu: 1590
“Narsis və Qoldmund” Nobel mükafatı laureatı Herman Hessenin ən yaxşı əsərlərindən biri sayılır. Dərin fəlsəfi məzmunu olan bu roman yazıçının yaradıcılığının yetkin dövrünə aiddir. Dünyanın dərkində bir-biri ilə ziddiyyət təşkil edən rasional və emosional yolların təsviri əsərdə böyük ustalıqla təsvir olunub. Həyat yolunda rəvan addımlayan, iç dünyasının sakitliyinə üstünlük verən Narsis və nizamsız, həyatı başdan-başa təlatümlərlə dolu, yaradıcı xislətli Qoldmund eyni məqsədə – müdriklik zirvəsinə müxtəlif yollarla gedirlər.