Məhsul kodu: 1651
 Oxuculara təqdim olunan bu kitabda tariximizin ağ səhifələri - 1918 - 1920-ci illər - dövrünün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, Azərbaycan xalqının ADR-dən əvvəlki və sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki, 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən  Kitab Bayramı  nda yenicə nəşr olunmuş  Azərbaycan Cümhuriyyəti  Atatürk mükafatına layiq görülmüşdür.
Kitabda qeydlər və çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitab Azərbaycanda ilk dəfə latın qrafikasında  nəşr olunur.