Məhsul kodu: 1656
Nyu-Yorkda yaşayan ədəbiyyat agenti Piter Kats “Güzgülər kitabı” adlı avtobioqrafiya nəşr etmək təklifi alır. Əlyazmada əsərin başlanğıc hissəsi yerləşdirilib – Riçard Flinn adlı şəxs Prinstondakı tələbəlik illərindən, ilk məhəbbətindən, tanınmış psixologiya professoru Cozef Viderin yanında necə işləməsindən bəhs edir. 25 il qabaq baş vermiş bu hadisələr faciəvi sonluqla bitib, amma cinayətkar hələ də azadlıqdadır; indisə Riçard bütün olub keçənlərə və keçmiş sevgilisi Lora Beynsin davranışlarına yeni bucaqdan yaxınlaşmağa çalışır... hərçənd, əlyazma yarımçıqdır.
“Güzgülər kitabı” – Marişa Pesslın “Gecə kinosu” dadında tapmaca romandır. Bu əsər təxəyyülün reallığı necə dəyişməsi haqqındadır. Bu kitab tarixin məxfi hökmündən – danışdığımız, gizlətdiyimiz və sirr saxlanılması üçün hər şeyə hazır olduğumuz hadisələrdən bəhs edir.
2017-ci ilin ən çox müsbət rəy alan psixoloji-detektiv kitablarından biri Eudjen Ovidiu Çiroviçinin “Güzgülər kitabı” qısa vaxt ərzində 20-dən çox dilə tərcümə olunub.