Dekameron

Məhsul kodu: 1687

  • 7.99 AZN
  • 6.4 AZN


Müəllif
Covanni Bokkaçço
Kateqoriya
Klassika , Proza , +18
Nəşriyyat
Qanun
Səhifə
700
Tərcümə
Beydulla Musayev
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

“Dekameron”un hekayəçiləri incə zövqlü, hazırcavab və ziyalı gənclərdir. Əsərdə Dioneo, Filostrato və Pamfilo adı ilə verilən üç oğlan Bokkaççonun gənclik dövründə yazmış olduğu əsərlərdə iştirak edən obrazlardır və həmin obrazlarda müəllif çox zaman öz ilk gənclik əhvali-ruhiyyəsini ifadə etmişdir. “Dekameron”da bu gənclərin təbiət və xasiyyətləri Bokkaççonun gənclik dövründəki əhvali-ruhiyyəsinin keçdiyi mərhələləri təmsil edir: Dioneo həssas və şən, Filostrato xəyalpərvər, Pamfilo isə ciddi və ağıllıdır. Gənclərin bu xarakteri onların hər birinin söylədiyi hekayədə də öz ifadəsini tapır.

Eyni vəziyyəti qızların obrazlarında da görürük. Bokkaçço onların hamısının həqiqətən Florensiya şəhərində adlı-sanlı ailələrdən çıxdığını və real adamlar olduğunu söyləyir. Lakin bəzi mülahizələrə görə Bokkaçço qızların həqiqi adlarını gizlətməyi üstün tutur və onlara başqa adlar verir. Hər halda maraqlı cəhət budur ki, təsvir olunan qızların xarakteri də Bokkaççonun ilk əsərlərində məhəbbət macəralarının iştirakçıları kimi qələmə alınmış qızların xarakterini xatırladır. Yeddi qızdan birinə bilavasitə Fyammetta adı verilməsi də təsadüfi deyildir; bu obraz Bokkaççonun gənclik məhəbbətinin simvolu, “Fyammetta” əsərinin də qəhrəmanıdır. Beləliklə, əsərdə iştirak edən hekayəçilərin müxtəlif xarakterli olması söylənən hekayələrə də rəngarənglik gətirir.

“Dekameron” əsərini Covanni Bokkaçço 1352-1354-cü illər arasında yazmışdır. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoymuşdur. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar