Məhsul kodu: 2410
Ülkər Ucqar imzası oxuculara bəzi ədəbi portallardan tanış olsa da, “Balıqçı əllərinə doğru” yazarın ilk kitabıdır. Güneyli şairənin şeirlərini fərqləndirən ən əsas cəhətlər: özünəxas ifadə bacarığı, mövzu çeşidinin genişliyi, məna açarının çox vaxt kənar mətnlərdə – xüsusən Azərbaycan şifahi xalq yaradıcılığında və mifoloji qaynaqlarda olması.