Məhsul kodu: 2587
Ən ciddi problemləri işıqlandırmaq, bununla belə bir kəlmə də ciddi söz söyləməmək, müasir dünyanın reallığına heyran qalmaq, bununla belə hər cür realizmdən uzaq durmaq – Etinasızlıq bayramı məhz budur. Kunderanın digər əsərləri ilə tanış olan oxucu qətiyyən yazıçının romanlarına «qeyri-ciddilik» qatmaq istəyinə təəccüblənməz. «Ölməzlik» romanının bir neçə fəslində Göteylə Heminquey qoşa gəzir, söhbətləşir, birlikdə əylənir. «Arxayınlıq» romanında isə müəllifin həyat yoldaşı Vera ona belə deyir: «Hər kəlməsi qeyri-ciddi bir roman yazmaq istədiyini mənə çox demisən…. bax, səni xəbərdar edirəm: diqqətli ol, düşmənlərin gözü səndədir». Amma Kundera diqqətli olmur, köhnə estetik arzusunu yaradıcılığının xülasəsi hesab olunan bu romanında şövqlə həyata keçirir. Məzəli xülasədir. Epiloq da əyləncəlidir. Yumor hissini itirdiyinə görə gülünc vəziyyətə düşən dövrümüzdən ilhamlanaraq gülmək də insanı əyləndirir. Başqa nə deyə bilərik? Heç nə! Oxuyun getsin!