Məhsul kodu: 2861
Fəlsəfi və sosioloji rakursdan insan və onun xüsusiyyətləri araşdırma obyekti olaraq bütün dövrlərdə ciddi önəm daşımışdır. Görəsən, insanda olan təbii xüsusiyyətlər zatidir, yoxsa sonradan qazanılır, modern dünyada çox işlədilən humanizm, insani dəyərlər fitrət anlayışı ilə eynidirmi, yoxsa bunlar fərqli mövzulardır? Mürtəza Mütəhhəri “Teizm seminarları” kitabında olduğu kimi, burada da seminar iştirakçılarının qeyd edilən mövzu ilə bağlı suallarına cavab verir, dinin qaynağı və insani meyillərlə bağlı Spenser, O. Kont, E. Durkhaym və B. Rassel kimi qərb intellektuallarının fikirlərini qeyd edib onların görüşlərini incələyir. “Fitrət” anlayışı Mütəhhərinin öz dili ilə desək, İslam təlimlərinin “şah mövzu”su hesab olunur.