Məhsul kodu: 2951
“…Mən bütün işlərimdən qabaq gərək “Zona”nı nəşrə hazırlayardım. Axı mənim başabəla yazıçılığım məhz bundan başlayıb…”
“…Nəzarətçi kimi xidmətə başlayanda mən məhkumun simasında bir qurban görməyə hazır idim. Öz timsalımda isə – divantutan. Cəmisi bir həftədən sonra bütün xülyalarım heçə yuvarlandı. Mən qazamatla azadlıq arasında heyrətamiz oxşarlıq aşkar etdim… Qadağaların hər iki üzündən eyni dünya boylanırdı – vahid və insafsız…”
“…İdrakım alışdığı əndazədən çıxırdı. Özüm haqda üçüncü şəxs qismində düşünməyə başlayırdım… Ətrafda tükürpərdici vaqiələr baş verirdi. Adamlar heyvanlara çevrilirdi. Biz insan sifətini itirirdik – aclıqdan, alçalmaqdan, qorxu-iztirabdan… Mənim bədən üzvlərim təbdən düşmüşdü. İdrakımsa sarsılmaqdan qurtula bilmişdi… Aclıq, ağrı, xiffət – bütün bunlar yenilməz idrakımın əvəzsiz xammalına çevrilirdi…”
“…Əslində, mən artıq yazmağa başlamışdım. Mənim ədəbiyyatım – həyatımı tamamlayırdı. Belə bir tamamlama olmadan həyatım heç nəyə yaramazdı. Bütün bunları kağıza köçürmək qalırdı. Mən SÖZ axtarışına çıxmışdım…”