Məhsul kodu: 3016
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin illər öncə yazdığı “Roman” adlı sevgi şeirləri silsiləsini həyəcansız oxumaq qeyri-mümkündür. Şeirdən-şeirə çılğın aşiqin duyğuları, təlaşı və tərəddüdləri, cəsarəti və qorxuları, ümidləri və gözləntiləri oxucunu təsirinə salır, olayların iştirakçısına çevirir. Rəşad Məcid “Roman”ını sadəcə oxumursan, həm də yaşayırsan…