Məhsul kodu: 3210
Bir kitabın nəşrinə görə qısnanan, işini itirən, həmkarlarının tənəsi ilə üzləşən, ictimai qınağa tuş gələn, sonda iflic keçirən və ev dustağı halına düşən yazıçı. Çıxılmaz durumda kömək diləyəsi, mədəd istənəsi kimsə yoxdur. Amma gözlənilmədən yazıçının halına acıyan tapılır – İblis…
“Qar havası” – insani duyğu və hisslərini basdıraraq öz meyar və dəyərlərini bütləşdirmiş ahıl bir ədəbiyyatşünas-alimin, yazıçının hekayətidir. Kövrək uşaqlıq illəri yaralı, təbiətən miyanaçı, həyatın hər anında orta xətti gözləməyə alışmış bu adam daima Xeyirlə Şər arasında var-gəl edir. “Mən ədalət və haqqın tərəfindəyəm” söylədiyi halda, Allahdan üz çevirib şeytanla iş birliyinə gedir. Nəhayət, ömrünün böyük hissəsini boşuna yaşadığını, iftixar etdiyi nə varsa itirdiyini görüb o, məbəddə deyil, müqəddəs sayıla biləcək yeganə oğlunun məzarı başında tövbə edir.