Məhsul kodu: 3373
Onlar rəhmətə gedənin ayaqyalın necə gedəcəyini anlamır və üzülür: ayaqlarını daş əzəcək, tikan batacaq deyə; onların atası aliment olur; onlar ağcaqanadın ölməməsi üçün yol arayır; onlar kağız təyyarə ilə uçub gedir; onları əti-qanı olanlar öldürür, bir şeir dirildə bilir; 1 sentyabr onların atalarının “Bilik günü” olur; onların anasından qalan tale cehizi ələmdi; onların qollarında siqaret söndürürlər; onların əvəzinə ağaclar qisas alır, divan qurur; onlar ölsə də, danışır, bətnində uşaq gəzdirir… Onlar bu gündən Azərbaycan ədəbiyyatında doğulurlar. Bu kitab onların dünyaya gəlməsi haqqındadır. Və onların Yaradanı bu kitabın müəllifi Çinarə Ömraydı. Buyurun, tanış olun…