Məhsul kodu: 3446
Müqəddəs hər şey acı həqiqətdən bəhs edən təsirli psixoloji romandır. Əsər səhvə yol verən şəxslərin üzləşdiyi uğursuzluğun insanlara təsirindən, bizi sevən adamların onlara ehtiyac duyduğumuz, ümidsiz anlarımızda bizimlə ailə üzvü kimi rəftarından, həyata yenidən başlamağın möcüzəvi şəkildə irəliyə doğru bir addım olmasından bəhs edir.
Əsərin qəhrəmanı olan yeniyetmə qız - Sidney valideynlərinin gözünə heç vaxt görünməyib . Ata-anası həmişə qardaşı Peytona diqqət yetirib, Sidney buna uşaqlıqdan adət edib. Peyton yaraşıqlı və ərköyün oğlandır, sərxoş halda maşın sürəndə bir gənci vurub şikəst edir.
Qardaşı həbsxanada olanda ata-anası bütün diqqətini Sidneyə yönəldir, buna alışmayan Sidney özünün ailədəki yerini bilmək istəyir. Sonra o, Çatham ailəsi ilə tanış olur. Bu ailədə həmişə özünə layiq olmayan oğlanları sevmiş diribaş Layla, öz səhvinin cəzasını çəkən Rozi, ailənin ürəyi sayılan ana var. Sidney bir gün Laylanın qardaşı Makın onu həqiqətən də “gördüyünü” hiss edir. Bununla da sevgini və özünü kəşf etməyə başlayır...
Kitab gənclər və yeniyetmələr üçün nəzərdə tutulub.