Məhsul kodu: 3492
“Şərq-Qərb” Nəşriyyat Evində çap olunan bu kitabda XIX əsr ingilis yazıçısı Valter Skottun məşhur “Ayvənhəu” romanı yer almışdır. Kitabın əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat da verilmişdir. “Ayvənhəu” romanı haqqında verilmiş şərh isə oxucuda əsər haqqında ilkin təsəvvür yaradır. Roman İngiltərə tarixinə həsr olunmuşdur. Yazıçı hakimiyyət uğrunda mübarizədə baş qaldıran hərc-mərcliyə son qoyacaq ideal bir kral obrazı – Riçard obrazını yaratmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.