Məhsul kodu: 3610
Kitab kapitalizm cəmiyyətinin eybəcərlikləri, mənəviyyatsızlıq, pula hərislik, insan azadlığının boğulduğu, psixi və mənəvi zorakılıq, insanın kölə hala salındığı – içərisində öz mənəvi saflığını saxlayan Senti adlı bir gəncin Seara adlı kübar qıza bəslədiyi ülvi məhəbbətdən, bu məhəbbətin onların hər ikisini xoşbəxt etməsindən, Frida adlı bir (azərbaycanlı) qızın Sentinin xoşbəxt olması üçün öz sevgisini gizli saxlamasından, onun necə yüksək mənəviyyat sahibi olmasından söz açır.
Kitabın əsas süjet xəttindən qırmızı zolaqla keçən hadisələr o qədər ustalıqla, o qədər bədii-fəlsəfi boyalarla işlənib ki, əsəri hissiz-həyəcansız, həyatın eniş-yoxuşları haqqında düşünmədən oxuya bilmirsən. Sevmək, sevilmək təkcə ehtirasların coşması, cilovlanması deyil, həm də istənilən cəmiyyətdə yaşamaq, ölmək vasitəsidir. İstənilən yaradılışın sonu ölümdür. Ancaq necə? Bax bu suala cavab tapmaq üçün Əlisalam müəllimin kitabını oxumağa dəyər. Oxuyun, zövq alın… Oxuyun, düşünün…
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.