Məhsul kodu: 3640
Karguzarliq
Kitabda təşkilati-sərəncamverici sənədlərin və xidməti sənədlərin, müqavilələrin yazılması üsulları izah edilir. Bununla yanaşı, sənədlərin təsnifatı, hazırlanması, dövriyyəsinin təşkili, sənədlərin saxlanması qaydaları, beynəlxalq, maliyyə, kommersiya, kadr sahəsi üzrə sənədləşmələr, məxfi kargüzarlıq, e-kargüzarlıq haqqında məlumat verilir, sahibkarlıq fəaliyyətində kargüzarlığın təşkili formaları aydınlaşdırılır və sənəd formaları əsasında izahlı nümunələr verilir. Vəsait arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunmasını, arxivdə sənədlərin komplektləşdirilməsi, uçotu, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasını, bu sənədlərlə bağlı müxtəlif məsələlərin tənzimlənməsini, idarə arxivlərinə sənədlərin verilməsini, işlərin tərtibini, MAF-da sənədlərin təsnifatını və digər arxiv işlərinin icrasını aydınlaşdırır.
Kitabdan təkcə ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri, tələbələri deyil, həmçinin idarə, müəssisə, firma, bələdiyyə və digər təşkilatların rəhbərləri, sənədlərlə iş şöbəsinin müdirləri, kargüzarları, arxiv işçiləri və başqa idarəetmə üzrə kadrlar faydalana bilərlər.
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş və qrif verilmişdir.