Məhsul kodu: 3684
Tanınmış Azərbaycan yazıçısı Salam Qədirzadənin “Kəndimizdə bir gözəl var” romanı sovet dövründə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən əsərlərdən biri olub.
Romanın əsas qəhrəmanlarından biri – aktrisa Yeganə həyatda dondan-dona girməkdən, rahat yaşamaq üçün cinayətə əl atmaqdan belə çəkinmir.
Müxtəlif xarakterlərin təsvir olunduğu əsərdə Əkrəmin mərdliyi, vətənpərvərliyi Yeganənin zalımlığı, vəfasızlığı ilə qarşı-qarşıya qoyulur, bir növ xeyirlə şərin toqquşmasını simvolizə edir.