Siyasi Mühacirin Xatirələri

Məhsul kodu: 3723

  • 3 AZN
  • 2.4 AZN


Müəllif
Abbas Bəy Atamalıbəyov
Kateqoriya
Xatirə Ədəbiyyatı , Proza , Tarix , Siyasət
Nəşriyyat
Kitab Klubu
Səhifə
82
Tərcümə
İsmayıl Umudlu
Təmin edilmə
1-3 İş günü
Stock
72

Qısa məzmun

Abbas bəy Atamalıbəyov 1895-ci ilin 26 fevral tarixində Tiflisdə dünyaya göz açmışdır. İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cu ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur. ABŞ-a köçdükdən sonra 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölümündən bir az əvvəl fransızca yazmağa başladığı xatirələri yarımçıq qalmışdır.

Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi. O zaman sosial inqilabçılar partiyasının üzvü idi. Bu dövrdə o sağ eserlərə qoşulmuş, müsəlman həmyerlilər komitəsinin sədri seçilmişdi. Rusiyada inqilabi hərəkatda yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirmişdir. Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində ―‖Sosialistlər bloku‖ fraksiyasının üzvü idi. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Abbas bəy Atamalıbəyov 1919-cu ildə Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında M.Məhərrəmovu əvəz etmək üçün ezam edilmiş və o nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərmişdir. Heyətin digər üzvləri arasında Mir Yaqub Mehdiyev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Əkbərağa Şeyxülislamov da var idi. Aprel işğalından (1920) sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında Atamalıbəyovun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi.

O ABŞ Prezidenti Vudru Vilsonla görüşmüşdü. Onlar konfransda Azərbaycan Demokratik Respublikasının de-fakto tanınmasına nail olmuşdular. Lakin, təssüf ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq haqda tələbləri qəbul olunmamışdır. O vaxt artıq bolşeviklər ölkəyə daxil olmuş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi. Bundan sonra A.Atamalıbəyovun həyatı asan olmamışdır. Təbii ki, o mühəndislik təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən A.Atamalıbəyov Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin, buna baxmayaraq, siyasi fəallığını davam etdirirdi. Siyasi fəaliyyətini davam etdirmiş Atamalıbəyov mühacirət dairələrində tanınan siyasətçilərdən olmuşdur. Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək Parisdə Siyasi Elmlər Məktəbini bitirmişdir. Azərbaycan mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə müxalif olan qrupa mənsub idi. Qərargahı Cenevrədə olan Millətlər Cəmiyyətinin siyasi tədbir və müzakirələrində vaxtaşırı iştirak etmişdir. 1934-cü il Əlimərdan bəy Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi. Əməkdaşlıq etdiyi Revyu de Prometey , O jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunmuşdur. Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşamış, orada Qırmızı Xaç Komitəsində çalışmış, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görmüşdür. Siyasi fəaliyyətini burada da davam etdirən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə.Fətəlibəyli-Düdənginski və F.Əmircanla birlikdə) daxil olmuşdur. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olmuş, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak etmişdir. Sonralar bir müddət Çilidə, MƏR-də, 1967-ci ildən isə ABŞ-da yaşamışdır. Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, vətəninə qovuşacağına inamını itirməmişdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar