Məhsul kodu: 3760
İngilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinq 1882-1889-cu illərdə Hindistanda yaşamışdır. Buna görə də onun əsərlərində Hindistan mövzusu geniş yer tutur. Müəllifin “Cəngəlliklər”, “Nağıllar” kitabları bütün dünyada uşaqlar tərəfindən böyük maraqla oxunur.
“Mauqli ayağa qalxmaq istəyəndə iki yekəpər meymun onun qollarından yapışıb yerlə sürüməyə başladı. Sonra onu daş hasarın üstünə qaldırıb bürclərdən birinin içinə atdılar...” “Şirxanı öldürdükdən və insanlardan qisas aldıqdan sonar Mauqli cəngəllikdə özünü çox rahat hiss edirdi. Burada ona təhlükə törədə biləcək kimsə yox idi. Hamı onunla dostluq edir, ondan qorxur, heç kim bir sözünü iki etmirdi. O isə hamı ilə ədalətli davranırdı, heç kimi incitmirdi...”