Məhsul kodu: 3786
İngilis yazıçısı, dramaturqu, hekayə və esse müəllifi Meri Şelli Londonda anadan olmuşdur. Onun atası tanınmış publisist və yazıçı Uilyam Qodvin, anası isə yazıçı Meri Qodvin idi. 16 yaşı olanda Meri şair Persi Şelliyə aşiq olur və sonradan ona ərə gedir.
“Frankenşteyn və ya müasir Prometey” əsərinin yazılmasında məşhur şair lord Bayronun rolu olub. 1816-cı ilin yayında Meri ilə Persi Bayronla birlikdə Cenevrədə istirahət edirdilər. Hər axşam buxarının ətrafına yığışaraq ruhlar və kabuslar haqda hekayələr oxuyurdular. Bayron da hamıya buna bənzər hekayə yazmağı təklif edir. Tezliklə Merinin yuxusuna Frankenşteyn haqda əsərin ideyası girir. Əvvəlcə novella kimi nəzərdə tutulan əsər böyüyüb romana çevrilir və 1818-ci ildə nəşr edilir. Sonralar Meri Şelli həmin yayı xatırlayaraq yazırdı: “Bu mənim uşaqlıqdan həyata addımladığım dövr idi”.