Məhsul kodu: 3773
Tanınmış ingilis yazıçısı və ictimai xadimi Ceyms Oldric Avstraliyada anadan olmuşdur. 14 yaşından qəzetlər üçün məqalələr yazmağa başlamış, daha sonra İngiltərəyə gələrək Oksford Universitetinə daxil olmuşdur. Həmin dövrdə London qəzetləri ilə əməkdaşlıq etmiş, dünyadakı siyasi prosesləri yaxından izləmişdir. II Dünya müharibəsi illərində Norveç, Yunanıstan, Misir, Livan, İran və digər ölkələrdə müxbir kimi fəaliyyət göstərmişdir. “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Bir çox insanlar haqqında”, “Sonuncu düym” və s. əsərlərin müəllifidir.
Ceyms Oldricin “Diplomat” əsərindəki (1949) hadisələr 1945-1946-cı illərdə Sovet İttifaqında, İranda (o cümlədən Cənubi Azərbaycanda), İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı olan Mak-Qreqor obrazının prototipi Ceyms Oldric özüdür. Müəllifinə dünya şöhrəti gətirən bu əsər qırxa yaxın dilə tərcümə olunmuşdur.