Məhsul kodu: 3784
İngilis filosofu, dramaturq, yazıçı, şair və tənqidçisi Oskar Uayld Viktoriya dövrünün son çağlarının məşhur simalarındandır. XIX əsr İngiltərəsinin çox parlaq və incə estetlərindən biri olan yazıçı ingilis dilində yazılmış ən gözəl komediya, eləcə də esselərin müəllifidir. O, həyatının son illərini Sebastiyan Melmot adı ilə yoxsulluq içində Parisdə yaşamış, elə oradaca hamı tərəfindən unudulmuş şəkildə vəfat etmişdir.
“Dorian Qreyin portreti” Oskar Uayldın dərc edilmiş yeganə romanıdır. İlk dəfə 1890-cı ilin iyul ayında “Lippinkottun aylıq jurnalı”nda (Lippincott s Monthly Magazine) çap olunmuşdur. Əsər sonralar estetizmin manifestinə çevrilmiş xüsusi müqəddimə və altı yeni fəsil əlavə olunaraq 1891-ci ilin aprel ayında ayrıca kitab şəklində nəşr edilmişdir.