Məhsul kodu: 11993
Müasir dünyada hər kəs nəyi bilməlidir?
Məşhur psixoloq Cordan Peterson bu çətin suala cavab verərkən qədim ənənələrin uzaq dövrlərdə qalmış əlçatmaz həqiqətlərini qabaqcıl elmin bugünkü kəşfləri ilə heyrətamiz şəkildə birləşdirir.
Doktor Peterson incə yumoru və təəccüb doğuran məlumatları ilə izah edir ki, skeytbord sürən oğlan və qızları niyə rahat buraxmalıyıq, çox asanlıqla hər kəsi tənqid edənləri niyə dəhşətli tale gözləyir, yaxud küçədə pişik görəndə onu niyə sığallamaq lazımdır.
Xərçəngin sinir sistemi belimizi dikəldib düz dayanmaq və həyatda uğur qazanmaq haqda bizə nə söyləyir? Qədim misirlilər müşahidə qabiliyyətinə niyə Tanrı gücü kimi sitayiş edirdilər? İnsanlar qəzəbli, lovğa və kinli olanda necə dəhşətli yola düşdüklərini bilirlərmi?