Məhsul kodu: 3796
Rus-sovet yazıçısı Yuri Oleşa ədəbiyyatda özünəməxsus yeri olan qələm ustasıdır. O, 1899-cu il martın 3-də Yelizavetqrad (indiki Krivoy Roq) şəhərində anadan olmuşdur. 1922-ci ildə Moskvaya köçmüş, Qudok qəzetində Zubilo təxəllüsü ilə felyeton və məqalələr çap etdirmişdir. Uşaq və yeniyetmələr üçün yazdığı Üç gonbul nağıl-povesti, Həsəd romanı yazıçıya böyük şöhrət qazandırmışdır. Daha sonralar teatrların sifarişi ilə müxtəlif pyeslər yazmışdır.
Y.Oleşa 1960-cı il mayın 10-da Moskvada vəfat etmişdir. Ölümündən sonra Sətirsiz bir gün də avtobioqrafik gündəliyi çap olunmuşdur.