Məhsul kodu: 3813
Əsərdə Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) fəaliyyətindən bəhs olunur, sosial və siyasi narazılıqları olan və solçu ideyalara rəğbət bəsləyən gənclərin bəzi cinayətkar qruplar tərəfindən terrora sövq edilməsinə toxunulur. Romanda qeydiyyata düşməyən ölümlər, məxfi əməliyyatlar, müxtəlif profilli mütəşəkkil cinayətkar dəstələr,
insan alveri və terror aktları barəsində maraqlı məlumatlar oxucuya bədii dillə çatdırılır, Türkiyənin yaxın keçmişinə işıq salınır.
Qəfildən qeyb olan gənc qız: Minə… Sevdiyi qızı axtaran bir MİT əməkdaşı: Sədat. Yasaq bir sevgi… Təhlükəsizlik Təşkilatının içindəki çəkişmələr. Əsgərlərlə mülki vətəndaşların qarşıdurması… Günümüzün İstanbulundan rəngli insan portretləri… Soyuq küçələrdə nəfəs dərmədən qaçış və axtarışlar, təşkilat evlərinə təşkil olunan basqınlar, məhkəməsiz edamlar, qeydiyyata düşməyən ölümlər… Qeydiyyata düşməyən ölümlərin parçaladığı ömürlər… Türkiyənin yaxın keçmişinə insani baxış.