Məhsul kodu: 3840
Böyük qırğız yazıçısı Çingiz Torekuloviç Aytmatov (1928–2008) təkcə sovet məkanında deyil, dünya miqyasında da tanınan və sevilən ədiblərdəndir. İlk əsərini 1952-ci ildə dövri mətbuatda çap etdirmiş, 1956-cı ildə isə ona dünya şöhrəti qazandıran Cəmilə povesti işıq üzü görmüşdür. Bundan başqa, yazıçının “Əsrə bərabər gün”, “Əlvida, Gülsarı”, “Çingizxana küsən bulud”, “İlk müəllim”, “Dağlar düşəndə”, “Ağ gəmi” adlı roman və povestləri, eləcə də bir çox hekayələri oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Əsərləri dəfələrlə ekranlaşdırılıb.
1990–94-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 1994–2006-cı illərdə Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. Bundan başqa, Ç.Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqı katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsi rəhbərlərindən biri olub.