Məhsul kodu: 3847
Görkəmli yazıçı-dramaturq, maarifçi Süleyman Sani Axundov 1875-ci il oktyabr ayının 3-də Şuşada bəy ailəsində anadan olub. Ədəbiyyatda Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə ikinci mənasını daşıyan Sani sözünü özünə təxəllüs götürüb.
1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirən Axundov ömrünün axırınadək tədris və jurnalistika ilə məşğul olub.
S.S.Axundovun ilk əsəri Tamahkar komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun Hacı Qara komediyasının təsiri ilə 1899-cu ildə yazmışdır. Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, onlarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. Laçın yuvası , Qaranlıqdan işığa , Şahsənəm və Gülpəri , Səadət zəhmətdədir , Molla Nəsrəddin Bakıda , Eşq və intiqam və başqa pyeslərin müəllifidir.
S.S.Axundov həm də orijinal nasirdir. Onun “Kövkəbi-hürriyət”, “Yuxu”, “Qonaqlıq”, “Qan bulağı”, “Qatil uşaq”, “Zarafat” və s. hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir.