Səməd Behrəngi Hekayələr

Məhsul kodu: 3849

  • 4 AZN
  • 3.2 AZN


Müəllif
Səməd Behrəngi
Kateqoriya
Proza , Klassika
Nəşriyyat
Altun Kitab
Səhifə
192
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Səməd İzzət oğlu Behrəngi Təbrizdə kasıb bir fəhlə ailəsində doğulub. Bu şəhərdəki mötəbər Tərbiyət məktəbində oxuyub. Sonra Təbriz Müəllimlər Kollecini bitirib, 11 il Tufarqan (Azərşəhr) mahalının Mamağan, Govgan ibtidai məktəbində müəllim işləyib. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb. O, Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi yazıları dövri mətbuatda çıxıb.

İranda Azərbaycan türkcəsində kitab nəşri yasaq olduğundan farsca yazmalı olsa da, mənfur şah rejiminin bu haqsızlığı ilə ömrü boyu barışmayıb. İnqilabi düşüncəli gənc yazıçı həyatını bu mücadilədə itirib.

Səməd Behrəngi öz hekayələrində çox ciddi mətləblərə toxunub və bu səbəbdən təqib olunub. Senzuradan yayınmaq üçün hekayələrində fantasmaqoriya,alleqoriya, xalq nağılı ünsürlərindən istifadə etmişdir. Bu hekayələr ilk baxışdan uşaqlara ünvanlanmış olsa da, onlardakı ciddi sətiraltı mənalar, əslində, böyüklərin nəticə çıxarması üçündür.

Bu qorxmaz yazıçını şah məxfi polisinin agentləri 1968-ci il avqustun 31-də Arazın suyu quruyub çəkilən vaxt Xumarlı kəndi yaxınlığında bir qaşıq suda boğmuşdular.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar