Məhsul kodu: 3897
Xatirə Ədəbiyyatı silsiləsindən 7-ci kitab.
“Həyatım və mühitim”də Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Hətta bəzən elə incəliklər qeyd olunur ki, ilk anda bunun oxucu üçün maraqsız olduğunu düşünürsən. Məsələn, kənddə mollaların siyahısı, qadınların ləqəbləri və s. Amma daha dərin baxanda bütün bu siyahıların, adların, hətta buğdanın qiymətinin də yazılmasının əslində tarixşünaslıq üçün mühüm əhəmiyyəti var.