Gənc Stalin

Məhsul kodu: 4232

  • 19 AZN


Müəllif
Saymon Sebaq Montefiore
Kateqoriya
Araşdırma , Tarix , Siyasət , Biqorafiya-Memuar
Nəşriyyat
Teas Press
Səhifə
584
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Amansız çar rejiminin təhlükəsizlik sisteminə yol tapa bilən bacarıqlı casus, cəsur inqilabçı, müdrik siyasətçi, cəsarətli maxinator, səriştəli siyasi təşkilatçı, qətiyyətli redaktor, əfsanəvi bank soyğunçusu, şair, ruhani-seminarist, ailə başçısı, qadınlarını və nikahdankənar övladlarını uf demədən atıb getməyə meyilli ipiqırıq məşuq...
Britaniyalı tarixçi və jurnalist Saymon Sebaq Montefiore keçmiş sovet diktatoru İosif Stalini məhz belə görür və təsvir edir.
Stalin haqda indiyədək çoxsaylı əsərlər yazılıb, onun siyasi və psixoloji portreti az qala bütün rakurslardan çəkilib. Amma adını tarixə əbədi həkk etmiş digər tiranlardan fərqli olaraq Stalinin həyatının erkən mərhələləri, uşaqlıq, yeniyetməlik və gənclik illəri barədə əsərlər çox azdır. Buna görə də Stalinin adı ətrafındakı qalın sirr pərdəsi hələ də qalır.
İosif Cuqaşvili kim idi, necə bir ailədə doğulmuş, hansı mühitdə tərbiyə almışdı? Valideynləri kim idi, şəcərəsi haqda nələr məlumdur? Onun uşaqlığı, yeniyetməliyi, gəncliyi necə keçmişdi? Küçə davalarında bərkdən-boşdan çıxmış bu çəlimsiz, amma inadkar uşaq necə oldu ki, dünyanın aparıcı qəzetlərinin manşetlərinə düşən hay-küylü bank qarətlərinin qəhrəmanına çevrildi? Sonradan ideal kommunist, bir nömrəli ateist kimi tanınacaq gənc İosifi ruhani olmağa vadar edən səbəblər hansılar idi? Qadınlar Soso deyə əzizlənən bu çılğın qafqazlının həyatında hansı yeri tuturdu? Onun əslində neçə həyat yoldaşı, sevgilisi və nikahdankənar övladı olmuşdu?
Montefiorenin çoxillik araşdırmalarının məhsulu olan Gənc Stalin əsərində məhz bu suallara cavab axtarılır.
Tarixçilərin, politoloq və siyasətşünasların xüsusilə böyük marağına səbəb olacaq bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar