Məhsul kodu: 4245
Türk ədəbiyyatının parlaq simalarından olan Əhməd Midhət Əfəndinin Fəlatun bəy və Rakım əfəndi adlı romanı dövrünün ən populyar əsərlərindən olub. 1875-ci ildə qələmə alınmış roman indiki qloballaşma dövründə xüsusi aktuallıq kəsb edən mövzuya - avropalaşma, qərbləşmə, daha doğrusu, avropalaşmanın səhv anlaşılması məsələsinə həsr olunub. Əsərin qəhrəmanları XIX əsr mühafizəkar və qapalı Osmanlı cəmiyyətinin yeniliyə can atan tipik nümayəndələridir. Hadisələr Osmanlı Türkiyəsinin üzünü Avropaya tərəf çevirməyə başladığı tənzimat dövründə baş verir. Fəlatun bəy qərbləşməni yanlış anlayan, gününü avropalı qadınlarla eyş-işrətdə keçirən, sevgini əyləncə hesab edən, qumara qurşanan, sonda da dövlət idarəsindəki işini və əlindəki bütün sərvəti itirən çılğın və yaxşı təhsil almış bir türk gəncidir. Onun həmyaşıdı və dostu olan Rakım isə Avropanın ən mütərəqqi cəhətlərini mənimsəmiş çalışqan, dürüst, vicdanlı və alicənab bir türk əfəndisidir. Rakım əfəndi ona vurulmuş zəngin avropalı qadınların ötəri və yalançı sevgisini rədd edərək öz namuslu qulluqçusuna aşiq olur, xoşbəxtliyini bu təmənnasız sevgidə tapır... Böyük tərbiyəvi əhəmiyyətə malik olan əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.