Məhsul kodu: 4273
Şəkərli diabet nədir? Ket Feliks və Oliver Lukas bu suala əlinizdəki kitabda cavab axtarıb. Dəyərli məlumatlarla zəngin olan bu əsərdə alternativ təbabətin populyar təbii müalicə metodlarından söz açılır.
Oxucu bu kitab sayəsində şəkərli diabetlə yaşayan insanların normal həyat tərzini necə qoruyub saxlamalı və hansı qida rasionundan bəhrələnməli olduğunu müəyyən edəcək, bu mərəzə düçar olmamaq üçün ən son tibbi üsullardan xəbərdar olacaq. Nəticədə daha rahat həyat tərzi qaydaları haqda məlumatlanacaq.
Dünya mətbəxinin ən sağlam təamlarının hazırlanma qaydaları bu kitabda aydın və izahlı şəkildə, müvafiq fotoların müşayiəti ilə təqdim edilir. Kitabı oxuyun və sağlam yaşamağın yollarını öyrənin!