Məhsul kodu: 4372
Edqar Allan Ponun 1842-ci ildə yazdığı “Mari Rojenin sirri” hekayəsi “Morq küçəsində qətl”in ardı hesab olunur, amma ondan fərqli olaraq real faktlara əsaslanır, sadəcə hadisələr Nyu-Yorkdan Parisə köçürülüb. Bu iki hekayə ilə “Oğurlanmış məktub” hekayəsi qəhrəmanı həvəskar xəfiyyə Düpen olan trilogiyaya daxildir.
Hesab olunur ki, Ponun bu hekayəsi Mari Sesiliya Rocersin səs-küylü işini irəli atmağa kömək edib. Mari Rocers 1838-ci ildə bir müddətlik müəmmalı şəkildə yoxa çıxıb, bir həftə sonra peyda olub. 1841-ci ildə yenidən yoxa çıxan qızın cəsədi 3 gün sonra Hudzon çayının sahilindən tapılıb.
Ponun bu hekayəsi dünya detektiv ədəbiyyatının klassik nümunəsi olmaqla yanaşı, detektiv quruluşlarının genezisi hesab olunur. Burada ümumi cinayət motivinə yanaşma üsulu incələnir, detalları ayrı-ayrılıqda məntiq zəncirinə düzməklə mülahizə irəli sürülür.
Kitabda, həmçinin “Bunu edən kişi sənsən” adlı maraqlı bir detektiv hekayə də yer alıb.